Dünya

Qonşu ölkədə meyvənin qiyməti "od tutub yanır" - Banan 4,50 azn...

16 Oktyabr 2018 20:40
1 Şərh     Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran bazarında müxtəlif meyvələrin qiyməti ötən bir neçə ay ərzində dolların bahalaşması ilə kəskin şəkildə artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli statistikaya əsasən, xarici valyutanın bahalaşması iki aspektdən meyvə bazarına təsir göstərib. 1-cisi, istehsalçıların ixraca marağı artıb, əldə etdikləri gəlirə görə, məhsulu yerli bazara vermək əvəzinə, ixraca üstünlük verirlər. Dolların 40 min rialdan (1,62 azn) 190 min riala (7,69 azn) qədər bahalaşması ilə ixracatçılar külli miqdarda gəlirə göz yummayıblar. Buna görə, məhsulun yerli bazara verilməsi azalıb və qiymətlər bahalaşıb. İxracatla bağlı statistikalar da bu məsələni təsdiqləyir.

Meyvənin qiymətinin bahalaşması ilə əlaqədar ikinci səbəb isə idxal olunan meyvələrin qiymətləridir. İdxal baha başa gəldiyinə görə, istehlakçı da məhsulu baha almaq məcburiyyətində qalır. Misal üçün hər bir kiloqramı 40-50 min real olan bananın qiyməti 110 min realı (4,45 azn) keçib.

Gömrük statistikaları ölkəyə idxal olunan meyvələrin həcminin azaldığını əks etdirir.

Qeyd edək ki, hazırda İran Mərkəzi Bankı dolların qiymətini 42.000 rial (1,70 azn) elan etsə də, qara bazarda dolların qiyməti 140.000-145.000 rial (5.66-6.07 azn) arasında dəyişir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.