Dünya

"Titli" qasırğası Hindistanı dağıtdı - Ölənlər var

16 Oktyabr 2018 20:36
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda tüğyan edən "Titli" qasırğası ciddi fəsadlara yol açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, güclü leysan yağışları ilə müşayiət olunan küləkli hava Oriss ştatında 16 nəfərin ölümünə səbəb olub.

Qacapati mahalında isə yağışlar nəticəsində baş vermiş sürüşmə 18 nəfərin həyatına son qoyub.

Küləyin gücünün saatda 140 km çatdığı bildirilir.

Qasırğa səbəbindən həmin ştatda dərslərin təxirə salındığı bildirilir. Eləcə də təhlükəli ərazilərdən təxminən 300 min sakin təxliyə edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.