Dünya

Donald Tramp yenidən prezident seçilmək üçün 106 milyon dollar toplayıb

16 Oktyabr 2018 19:48
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə yenidən bu posta seçilmək üçün cari ilin iyul-avqust aylarında 18 milyon dollar toplayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Federal Seçki Komissiyası məlumat yayıb.

Seçkinin keçirilməsi kampaniyası üzrə Komitə Respublikaçılar Partiyasının Milli Komitəsi ilə birlikdə, ümumilikdə, 106 milyon dollardan çox maliyyə vəsaiti toplayıb. İanəçilərin 98 faizi D.Trampa 200 dollardan çox pul veriblər.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Barak Obama yenidən seçilmək üçün prezidentliyinin 3-cü ilində vəsait toplamağa başlayıb. Donald Tramp isə 1 il 9 aydır Ağ Evə başçılıq edir. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.