Dünya

Dmitri Medvedev: “Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib”

16 Oktyabr 2018 19:56
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev Moskvada keçirilən "İnnovasiya açılışı -2018" adlı beynəlxalq forumda bildirib.

Hökumət başçısı qeyd edib ki, ekspertlərin hesablamalarına görə, 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trln. dollar məbləğində ziyan vurub. Bunun isə bir hissəsi Rusiyanın payına düşüb. 

"Bu, iqtisadiyyatımız üçün kifayət qədər əhəmiyyətli vəsaitdir" - deyə o, qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.