Dünya

Hindistan xaricdən aldığı neftin dəyərini rupi ilə ödəmək istəyir

17 Oktyabr 2018 08:07
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan dünya bazarında xam neftin qiymətinin qalxmasından narahatdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Narendra Modi neft hasil edən ölkələrin müvafiq dövlət rəsmilərinin, yerli və xarici şirkətlərin rəhbərlərinin iştirak etdikləri enerji forumunda neftin qiymətlərinin ödənilməsində yeni metodlar axtardıqlarını deyib.

Bildirilir ki, son bir neçə Hindistan valyutası rupinin 14,5 faiz dəyər itirməsi nəticəsində ölkəyə idxal olunan neftin qiyməti daha da yüksək olub.

Hindistanın neft naziri Dharmendra Pradxan son bir ildə dünya bazarında neftin qiymətinin ABŞ dolları ilə 50 faiz, Hindistan rupisi ilə isə 70 faiz qalxmasının ölkə üçün əlavə maliyyə çətinlikləri yaratdığını bəyan edib. Hökumət xaricdən aldığı xam neftin müəyyən hissəsinin dəyərini rupi ilə ödəmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.