Dünya

Xristian dünyası şokda: min ilin qardaşlığı bitdi - TƏFƏRRÜATLAR - FOTO

16 Oktyabr 2018 09:58
3 Şərh     Baxış: 7 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Pravoslav Kilsəsinin Müqəddəs Sinodu sensasiyalı qərar qəbul edib. Belarusun paytaxtı Minskdə toplaşan Sinod "Konstantinopol Kainat Patriarxlığının Rusiya Pravoslav Kilsəsinin kanonik ərazisinə müdaxiləsi"nə cavab verib.

Milli.Az bildirir ki, oktyabrın 11-də Konstantinopol Patriarxılığının Müqəddəs Sinodu Ukraynanın pravoslav kilsəsinə avtokefallıq verib.

Konstantinopol Patriarxlığı 1000 ildir ki, dünyadakı bütün pravoslavların dini və mənəvi mərkəzi sayılır, istisnasız olaraq bütün ölkələrdəki pravoslav kilsələr də məhz Türkiyənin İstanbul şəhərində yerləşən bu patriarxlığa tabedir.

Tabeçiliyin kökü Bizans imperiyasına, xristianlığın katolikliyə və pravoslavlığa, Qərbə və Şərqə bölünməsinə dayanır.

Rusiya kimi, Ukrayna da Konstantinopol Patriarxlığına tabe idi.

Lakin Krımda və Ukraynanın şərqindəki son olaylardan sonra Ukraynadakı pravoslavlar arasında parçalanmalar sürətlənib. Ukraynalıların böyük qismi pravoslav kilsələrinin 1686-cı ildən bəri Rusiyadan idarə olunmasına son qoyulmasını tələb edirdilər.

Rusiyanın Pravoslav Kilsəsi isə ukraynalıların bu istəklərini qətiyyətlə rədd edirdi. Söhbət, sadəcə, dini, mənəvi və ruhani məqamlarla bağlı deyildi.

Məsələ on milyardlarla dollarlıq varidat, əmlak və gəlirlərdən gedir.

Ukrayna prezidenti Petro Poroşenko kilsənin Rusiyadan ayrılması təşəbbüsü ilə çıxış etmiş, Ali Radada müzakirələr aparılmış, deputatların əksəriyyəti dövlət başçısını dəstəkləyərək qanun qəbul etmişdilər.

Sonucda Ukrayna istəyinə çatıb: Konstantinopol Kainat Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinin müraciətini nəzərdən keçirərək Kiyevə avtokefallıq, yəni müstəqillik verib.

Yəni bundan belə ukraynalı pravoslavlar dini və ruhani baxımdan Rusiya Pravoslav Kilsəsinə tabe deyillər - onlar birbaşa Konstantinopol Kainat Patriarxlığının Müqəddəs Sinodu qarşısında hesabat verəcəklər.

Ukraynanın Pravoslav Kilsəsi, daha doğrusu Kiyev mitropoliyası Moskva Patriarxlığına tabeçilikdən çıxıb, Kiyev patriarxı Filaretə və Ukrayna Avtokefal (müstəqil) Pravoslav Kilsəsinə Rusiya Kilsəsinin ünvanladığı anafema (lənət) da qüvvədən düşmüş sayılıb, onların kanonik statusları bərpa olunub.

Ən nəhayət, Konstantinopol Kainat Patriarxlığı Kiyevdə evropiqiyasını (rəsmi nümayəndəlik) açacaq.

Bununla bağlı olaraq Rusiya Pravoslav Kilsəsinin Müqəddəs Sinodu dünənki Minsk toplantısında 1000 ildən bəri tabe olduğu Konstantinopol Kainat Patriarxlığı ilə evxari stik təmasları dayandırdığını bəyan edib. Bu, faktiki olaraq Rusiya Pravoslav Kilsəsinin müstəqilliyini elan etməsidir.

Hazırda Ukraynada 3 pravoslav Kilsə fəaliyyət göstərir ki, onlardan yalnız mitropolit Onufrinin başçılıq etdiyi Kilsə Rusiyanın nəzarətindədir.

Kiyev patriarxı Filaret və 1917-ci ildə yaradılmış Ukrayna Avtokefal Kilsəsinin rəhbəri mitropolit Makari bu gündən etibarən Konstantinopol Kainat Patriarxılığına tabe olduqlarını bəyan ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.