Dünya

İstintaq qrupları krallığın İstanbuldakı baş konsulluğunu tərk edib - YENİLƏNİB

16 Oktyabr 2018 10:12
0 Şərh     Baxış: 3 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:12

Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qrupları səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü ehtimal edilən Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunu tərk ediblər.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Qeyd olunur ki, təxminən, 10 nəfərdən ibarət olan və güman edilən cinayətin törədildiyi yerdə 9 saat araşdırma aparan Türkiyənin müstəntiqlər qrupu binanı səudiyyəli müstəntiqlərdən əvvəl tərk edib. Səudiyyəli mütəxəssislər komandasının tərkibi və onların konsulluqda nə qədər qaldığı barədə məlumat verilmir.

Daha əvvəl "Al Jazeera" telekanalı rəsmi mənbəyə istinadən Türkiyə tərəfinin C.Qaşıqçının ölümünə dair dəlil tapdığını bildirib. Mənbənin məlumatına əsasən, Baş Prokurorluq jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülməsini göstərən dəlil tapıb.

----------
08:02

Türkiyə Baş Prokurorluğunun əməkdaşları səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyünü sübuta yetirə biləcək dəlil tapıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə idarədəki mənbəyə istinadən "Al Jazeera" məlumat yayıb.

Telekanal nümayəndəsinin sözlərinə görə, Qaşıqçının Səudiyyə Ərəbistanının Türkiyədəki Baş konsulluğunda öldürülməsi ehtimalı var.

Bundan əvvəl Türkiyə polisinin səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olduğu xəbər verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.