Dünya

Britaniya hökuməti ekologiya sahəsində mühüm addımlar atacaq

15 Oktyabr 2018 22:00
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Krallıqlar havaya buraxılan zəhərli karbon qazının həcmini sıfır dərəcəyədək azaltmaq üçün radikal addım atacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya hökuməti İqlim Dəyişiklikləri Komissiyasına müvafiq təklifləri təqdim etmək niyyətindədir. Təkliflər paketinə qısa zamanda ölkə iqtisadiyyatında karbohidrogen ehtiyatlarından istifadəni azaltmaq, BMT-nin bu yaxınlarda keçirilən ekologiya sammitində imzalanmış Bəyannamədə deyildiyi kimi, karbon qazının emissiyasının qarşısını almaqdır.

Britaniyanın iqlim məsələləri üzrə naziri Kleyr Peri BBC-yə müsahibəsində bildirib ki, BMT-nin hesabatı qlobal miqyasda ekoloji tədbirlərin görülməsi üçün mühüm bir proqramdır. "Lakin mənim üçün qaranlıq olan odur ki, iqtisadiyyatın təmiz ekoloji standartlara transformasiyası üçün qlobal miqyasda hansı ölkələr bu çağırışa qoşulacaq? Bu məsələdə hökumətlə yanaşı, özəl sektorun atacağı addımlar, yeni texnologiyaların tətbiqi prosesinin sürətləndirilməsi də zəruridir", - deyə nazir vurğulayıb.

K.Peri qarşıdakı yeddi günü "Yaşıl Britaniya həftəsi" elan edib və bu çərçivədə vətəndaş cəmiyyəti nümayəndələri ilə iqlim dəyişiklikləri problemlərinin müzakirəsini həyata keçirir. Nazir əlavə edib ki, 2050-ci ildə Britaniya hökuməti zəhərli karbon qazı emissiyasını 80 faiz azaldaraq, 1990-cı il səviyyəsinə düşürmək istəyir. İlk addım olaraq avtomobil və aviasiya sektorlarında, sənayedə, kənd təsərrüfatında və kommunal sahədə ekoloji cəhətdən daha mükəmməl texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu məqsədlə alimlər, biznesmenlər və hökumət nümayəndələrindən ibarət qrup da yaradılıb.

Bununla yanaşı, "Global Witness" ekologiya qrupu Britaniya hökumətinin tədbirlər planına şübhə ilə yanaşdığını bəyan edib. Belə ki, qrup üzvləri hökumətin elektrik avtomobillərinin istehsalına subsidiyanı azaltmasını, əvəzində isə Bəhreyndəki neft-qaz yataqlarına əlavə sərmayələr qoymasını sərt tənqid ediblər.

Qrup ekspertlərinin tənqidi mülahizələrinə cavab verən nazir K.Peri bildirib ki, hökumət üzvləri elektromobillərin istehsalını dəstəkləmək istəyirlər. O, "Yaşıl Britaniya həftəsi" çərçivəsində iştirakçıların elektromobillərin sükanı arxasında test sürüşü edəcəklərini də əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.