Dünya

Səudiyyəliləri çox ağır cəzalandıracağam - Tramp

13 Oktyabr 2018 21:38
5 Şərh     Baxış: 2 386

ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə əlaqədar Səudiyyə Ərəbistanını təhdid edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, CBS-də yayımlanan "60 dəqiqə" proqramına qatılan Amerika lideri Qaşıqçının yoxa çıxmasında səudiyyəlilərin iştirakının sübut olunacağı halda, çox ağır cəzaların tətbiq olunacağını bildirib.

O, məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz ilə danışacağını söyləyib.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Raul · 13 Oktyabr 23:3200

    Mənə çatmıre. Necəyəni cəzaıandıracam. Bu nə danışır? Elə bil övladıdır, cəzalandıracaq.

    Cavab yaz
    • Anonim
      azer · 14 Oktyabr 01:4900

      cox asan amerika hamiya tezyig ede bilir

      Cavab yaz
  • Anonim
    ibrahimov · 13 Oktyabr 23:4700

    aha

    Cavab yaz
  • Anonim
    Ceyhun · 14 Oktyabr 01:2500

    Övladı deyil,nokəridir...

    Cavab yaz
  • Anonim
    azer · 14 Oktyabr 01:4700

    cox asan amerikafsn asiöi oömaxam varli

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.