Dünya

“Gürcüstanı birgə xilas edəcəyik” – Saakaşvilinin müttəfiqindən azərbaycanlılara jest

13 Oktyabr 2018 21:11
0 Şərh     Baxış: 1 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda prezidentliyə namizəd Qriqori Vaşadze Borçalıda azərbaycanlı seçiciləri ilə görüşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, seçki kampaniyası çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna gəlib.

Vaşadze soydaşlarımız qarşısında çıxış edib, onların problemlərini dinləyib. Prezident seçiləcəyi halda Borçalı sakinlərinin problemlərini həll edəcəyi vədini verib.

O, Borçalıya gəlişini əks etdirən görüntüləri Feysbuk səhifəsində paylaşıb və bu qeydi yazıb: "Bolnisini - Gürcüstanı birlikdə xilas edəcəyik. Gürcüstanın gücü və zənginliyi çoxmillətliliyidir".

Sabiq xarici işlər naziri Qriqori Vaşadze keçmiş prezident Mixal Saakaşvilinin başçılıq etdiyi Birləşmiş Millətlər Hərəkatı Partiyasının namizədidir. Son anket-sorğunun nəticələrinə görə, sabiq nazir seçkilərdə 31 faiz səslə qalib gələ bilər. Saakaşvilinin müttəfiqi hələlik reytinq sıralamasında rəqiblərini üstələyir.

O, indiyədək Gürcüstanda azərbaycanlılarla görüşən ilk namizəddir.

Seçkilər oktyabrın 28-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.