Dünya

Türkiyə ilə rahib Bransona dair heç bir razılıq olmayıb - Tramp

13 Oktyabr 2018 19:41
1 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rahib Endryu Bransonun azad edilməsinə dair ABŞ-la Türkiyə arasında heç bir razılaşma olmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Amerika prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Rahib Endryu Bransonun azad edilməsi və qaytarılmasına dair Türkiyə ilə heç bir saziş olmayıb", - Tramp yazıb.

Amerika lideri həmçinin qeyd edib ki, "girovların" azad olunması üçün saziş bağlamır. Eyni zamanda Tramp Bransonun azad edilməsi ilə əlaqədar "dərin minnətdarlıq" ifadə edib.

ABŞ prezidenti rahibin azad edilməsinin Amerika ilə Türkiyə arasında "yaxşı, bəlkə də əla" münasibətlərin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Branson Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs olunmuşdu.

Bundan sonra ABŞ hökuməti Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.