Dünya

Rusiya buna davam edərsə, Avropanın sonu olacaq - Heyq

13 Oktyabr 2018 18:16
1 Şərh     Baxış: 869

Rusiya Avropa dövlətləri üçün ən ciddi təhlükədir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq deyib.

"Rusiya Avropanın daxili siyasətinə tez-tez müdaxilə edir və demokratiyanı məhv etməyə çalışır. Məsələn, Rusiya 2016-cı ildə Monteneqroda dövlət çevrilişinə cəhd edərək, ölkənin NATO-ya üzvlüyünə mane olmağa cəhd edib. Moskva həmçinin Makedoniyada seçki aktivliyinin aşağı olmasına güclü təsir göstərib. Bunun sayəsində ölkənin adının dəyişdirilməsi və NATO üzvlüyü üçün referendum baş tutmayıb. Bunun üçün Moskva təbliğat xəbərləri və sosial şəbəkələrdəki saxta hesablardan istifadə edə bilərdi. Moskvanın bu cür addımları ölkələr arasındakı münasibətləri pozur və onların stabil inkişafına təhdid yaradır. Moskva bundan sonra beynəlxalq sərhədləri pozmağa çalışacaq. Rusiyanın Avropanı ruslaşdırmağa davam etməsi Avropanın sonu ola bilər", - deyə o bildirib.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 13 Oktyabr 19:4710

    Dünyanın sonu indidir. Murdar kapitalist. Rusiya gec -tez dünyanı işıqlı sabaha çıxaracaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.