Dünya

Hindistanda polislərə gülmək qadağan olundu

13 Oktyabr 2018 17:28
0 Şərh     Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan hökuməti son vaxtlar yerli aeroportlarda polis əməkdaşlarının göstərdiyi hədsiz mehribanlığın qarşısını almaq qərarına gəliblər və onlara gülməyi qadağan ediblər. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb. 

Aviareyslərin və pilotların təhlükəsizliyinə məsul olan Hindistan Sənaye Təhlükəsizliyi Mərkəzi Qüvvələrinin rəhbərliyi əməkdaşlarının mehribanlıqdansa, daha ayıq olmasını istəyir. 

Nəşrin məlumatlarına görə, bu, Hindistan hökumətinin təhlükəsizlik xidmətlərindən xarici görünüşlə bağlı ilk tələbi deyil. İyulda Karnataka ştatının polis idarəsi zabitlərdən əlavə çəkidən azad olmağı istəyib, əks halda onlar işdən uzaqlaşdırılmalı idi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.