Dünya

Bransonu Almaniyada qəhrəman kimi qarşıladılar - VİDEO - FOTO

13 Oktyabr 2018 13:39
1 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson Almaniyada qəhrəman kimi qarşılanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, özəl təyyarə ilə Almaniyaya yola düşən keşişə orada ABŞ bayrağı öpdürüblər.

Rahibi hava limanında ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell qarşılayıb. O, Bransona ABŞ bayrağı öpdürüb və onunla birlikdə şəkil çəkdirib.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Almaniyada Bransonu qəhrəman kimi qarşıladılar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.