Dünya

Amerikalı keşiş Türkiyə ilə belə vidalaşdı: "Bu ölkəni daima sevəcəyəm" - VİDEO

13 Oktyabr 2018 10:54
1 Şərh     Baxış: 2 605

Ötən gün İzmir Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün şərti cəza verilməsi barədə qərar qəbul edilib. Həmin qərara görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa biləcək.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, o, xanımı Norin Bransonla birlikdə Türkiyə ilə vidalaşıb.

Əvvəl Almaniya, ordan da ABŞ-a gedən keşiş hava limanında İHA-nın müxbirinin suallarını cavablayıb. O, hər şeyə rəğmən Türkiyəni çox bəyəndiyini söyləyib.

"Türkiyəni sevirəm. Həmişə bəyənmişəm və daima da sevəcəyəm".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Amerikalı keşiş Türkiyə ilə belə vidalaşdı:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ida · 13 Oktyabr 11:3840

    Kas ki bu sevgi Amerikaya daxil olan kimi yoxa cixmasin).

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.