Dünya

Ağ Ev: ABŞ keşiş Bransonun azadlığa buraxılmasını alqışlayır

13 Oktyabr 2018 07:42
0 Şərh     Baxış: 398

ABŞ Türkiyə məhkəməsi tərəfindən keşiş Endryu Bransonun azadlığa buraxılmasını alqışlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ Türkiyə ilə qarşılıqlı maraq doğuran məsələlərin həlli üzərində birgə işləməyə davam etməyə hazır olduğunu bildirib.

Ağ Evin yaydığı məlumatda deyilir: "Birləşmiş Ştatlar keşiş Endryu Bransonun azad edilməsini alqışlayır. Biz onun evə dönməsini gözləyirik. O, ailəsi ilə görüşəcək <...> ABŞ və Türkiyənin regional təhlükəsizlik və sabitlik sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələləri var, və biz gözləyirik ki, onların həlli üzərində birlikdə işləyəcəyik".

Qeyd edək ki, ötən gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr keçirilib. məhkəmə ona 3 il 1 ay 15 gün şərti cəza kəsilməsi haqqında qərar qəbul edib. Eləcə də məhkəmənin qərarına görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.