Dünya

ABŞ-da Fətullah Gülənin fəaliyyəti araşdırılır

13 Oktyabr 2018 08:44
0 Şərh     Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin fəaliyyətinin araşdırıldığını söyləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı xəbər verib.

Məlumata görə, FETÖ rəhbəri Gülənlə bağlı sorğu aparıldığını bəyan edən senator nəticənin necə olacağını səbirsizliklə gözlədiklərini bildirib.

Qeyd edək ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə bir neçə ay əvvəlki görüşündə Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini və digər məsələləri müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.