Dünya

Nigeriyada 800-dən çox uşaq terrorçuların girovluğundan azad edilib

12 Oktyabr 2018 23:05
0 Şərh     Baxış: 398

Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə BMT-nin uşaq fondu UNİCEF-in saytında bildirilib.

Məlumata görə, buna "Vətəndaş birgə məqsədli qrupu" (CJTF) nail olub. Qurum keçən il beynəlxalq təşkilatla uşaqların terror qruplaşmalarına cəlb edilməsinin qarşısının alınması üçün tədbir görməyi öhdəsinə götürməklə bağlı iş planı imzalayıb.

UNİCEF-in hesablamalarına görə, əməliyyatların keçirildiyi Mayduquri şəhərində valideynsiz qalan təxminən 1500 uşaq var. "Boko Haram" bu ərazidə aktiv fəaliyyət göstərir.  

Xatırladaq ki, bir müddət əvvəl Nigeriyada "Boko Haram" radikal qruplaşmasının hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 11 nəfər həlak olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.