Dünya

Rusiyada deputatın evinə silahlı basqın: Həyat yoldaşı döyüldü, 500 min oğurlandı...

12 Oktyabr 2018 21:04
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Voronej Vilayət Dumasının deputatının evinə silahlı basqın olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, evə qanunsuz daxil olan 5 naməlum şəxs deputatın həyat yoldaşını, oğlunu döyüb və 500 min rubl oğurlayaraq oradan uzaqlaşıb.

Deputatın evinə basqın yerli vaxtla 00:30 radələrinə baş verib.

Məlumata görə, oğrulardan birinin əlində "Makarov" tipli tapança olub.

Sözügedən məbləğlə yanaşı, evdən qiymətli zinət əşyalarının da oğurlandığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, adı açıqlanmayan deputatın eyni zamanda "Eko NivaAqro"nun icraçı direktoru olduğu deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.