Dünya

İngilis milyarder Qaşıqçıya görə Ər-Riyadla əlaqəni kəsdi

12 Oktyabr 2018 20:28
2 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı milyarder Riçard Branson Səudiyyə Ərəbistanı ilə iki turistik layihəsini dayandırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb kimi səudiyyəli jurnalist Camal Qaşıqçının qətli göstərilib. "Vircin Qrup" şirkətinin sahibi olan Branson Səudiyyə Ərəbistanının yeni hökumətinə bəslədiyi bütün ümidlərini itirdiyini bildirib:

"Mən Səudiyyə Ərəbistanının indiki hökumətinə və vəliəhd Məhəmməd bin Salmana böyük ümidlər bəsləyirdim. Buna görə də Səudiyyə Ərəbistanı ilə turistik layihələr başlatmağa sevinirdim. Jurnalist Camal Qaşıqçının itməsi bizə Ər-Riyadla biznes aparmağa maneə yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.