Dünya

Ermənilər BUNU DA ETDİ: “Bura ata torpağımızdır” dedilər və... - FOTO

12 Oktyabr 2018 17:28
11 Şərh     Baxış: 3 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Van bölgəsindəki Akdamar kilsəsində ibadət etməyə gələn ermənilər Ermənistan bayraqlarını dalğalandırıb.

Milli.Az xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin verdiyi məlumata görə, Türkiyə torpaqlarına gələn ermənilər "bura bizim ata torpaqlarımızdır" mesajlarını veriblər.

"Vana gələn ermənilər sosial şəbəkələrdə "Qərbi Ermənistan"a gedirik deyə yazırlar. Onlar dini ayinlərini yerinə yetirməyə gəlmirlər, bu ad altında siyasi mesajlar verirlər. Ermənilər Vanla yanaşı Qarsda da eyni şey etdilər. Qarsa gələn ermənilər qədəh toqquşdurub "ata torpaqlarımızdayıq" deyirlər", - deyə o bildirib.

Gülbey Vanın valisinə müraciət edərək, ermənilərin bu davranışlarının qarşısını almağa çağırıb.

Qeyd edək ki, "böyük Ermənistan" xülyası quran ermənilər Azərbaycanla yanaşı, Türkiyə torpaqlarına da iddia edirlər./Publika.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.