Dünya

Dünyada 120 milyondan çox insan aclıqdan əziyyət çəkir

12 Oktyabr 2018 21:59
0 Şərh     Baxış: 492

Bütün dünya üzrə 120 milyondan çox insan aclıq və ərzaq qıtlığından əziyyət çəkir. Afrika ölkələri bu siyahının ilk sıralarında yer alır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Beynəlxalq Ərzaq Siyasəti İnstitutunun "Welthungerhilfe" və "Concern Worldwide" qeyri-hökumət təşkilatları ilə birgə dərc etdiyi illik "Ümumi aclıq meyarı" barədə məruzədə öz əksini tapıb.

Məruzəyə əsasən, hazırda 124 min insan aclıqdan əziyyət çəkir, halbuki iki il öncə bu göstərici 80 milyon nəfər idi. Çad, Haiti, Madaqaskar, Serra-Leone, Yəmən və Zambiyada bu problem daha ciddi təhlükə doğurur. Aclıq çəkən əhali ilə bağlı ən gərgin vəziyyət Mərkəzi Afrika Respublikasında qeydə alınıb.

Qeyd edək ki, mart ayında BMT Yəmən, Cənubi Sudan, Somali və Keniyada yaranan vəziyyətin təşkilatın qurulduğu 1945-ci ildən bəri ən böyük humanitar böhrana səbəb olduğunu bildirib. BMT dünya ictimaiyyətinin biganəliyinin insanların aclıq və xəstəliklərdən həlak olması, həmçinin miqrasiyanın artması ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.