Dünya

Suriyadakı S-300 raketlərini iranlılar idarə edirlər - İsrail QƏZƏBLƏNDİ

12 Oktyabr 2018 13:52
2 Şərh     Baxış: 1 032

İsrailin hərbi xəbərlər üzrə ixtisaslaşan DEBKAfile portalı ciddi iddia ilə çıxış edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, hərbi portal rusların Suriyada yerləşdirdiyi S-300 zenit-raket kompleksinin iranlı hərbi mütəxəssislər tərəfindən idarə olunduğunu bildirib.

Ehtimal olunur ki, Rusiya idarəetməni iranlılara verməklə öz hərbiçilərinin təhlükəsizliyini təmin etməyə çalışır. Artıq Tehrandan əlavə hərbi ekspertlərin gətirildiyi xəbər verilir.

İsrail rəsmilərinin bundan narazı qaldıqları və baş nazir Netanyahunun bu məsələni birbaşa Putinlə müzakirə etdiyi də portalın verdiyi xəbərlər sırasındadır. 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Raul · 12 Oktyabr 17:3600

    Tamamilə əsassızdır.

    Cavab yaz
  • Anonim
    Daglı · 12 Oktyabr 17:5810

    S-300 raketlərini idarə etməyi Mən də bacarıram)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.