Dünya

Türkiyədə Rusiya vətəndaşları saxlanıldı

12 Oktyabr 2018 13:06
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya vətəndaşları Rəşid Yenikeyev və Elana Rəhmanova Türkiyədə saxlanılıb. Rusiyanın Ankaradakı səfirliyi həmin şəxslərin saxlanma səbəblərini araşdırır. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "RİA Novosti" agentliyi Rusiya diplomatik missiyasının press-attaşesi İrina Kasımovaya istinadla məlumat yayıb. 

Dünən Türkiyənin "DHA" agentliyi Kayseridə İŞİD terror təşkilatına üzvlükdə şübhəli bilinən yeddi nəfərin həbs olunduğunu bildirib. Onlar arasında iki rusiyalı da olub. 

"İki rusiyalının saxlandığı informasiyası doğrudur, təfərrüat araşdırılır", - Kasımova bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.