Dünya

Kiyani: "İrandan Cənubi Koreyaya neft ixracı dayandırılmayacaq"

12 Oktyabr 2018 11:35
0 Şərh     Baxış: 467

Cənubi Koreya İran neftinin ən böyük müştərilərindən biridir. Bu ölkəyə neft ixracı sıfıra enməyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran və Cənubi Koreya Ticarət və Energetika Palatasının rəyasət heyətinin üzvü Kiya Kiyani deyib.

Onun sözlərinə görə, sanksiyalarda ən ciddi məsələ İran neftinin satın alınmasını sıfıra endirmək idi. Cənubi Koreya bundan öncəki sanksiyalarda ABŞ-ın Xəzinədarlıq Departamentindən icazə almışdı və gündə İrandan təxminən 180 min barel neft satın alırdı.

Kiyani İranın bu dövrdə iki sanksiya mexanizmi ilə üzləşdiyini deyib: 1-ci mexanizm neft məhsuluna, 2-cisi isə neft ödəmələrinə sanksiyanın tətbiq olunmasıdır: "Cənubi Koreya gündəlik təxminən 2,9-3,2 milyon barel neft isifadə edir. Çünki sənaye və ixracat ölkəsidir. Hərtərəfli Birgə Fəaliyyət Planından sonrakı dövrdə Cənubi Koreyanın ehtiyacının 400 min bareli İran tərəfindən təmin olunurdu. Onlar bu həcmi 700-900 min barelə artırmaq niyyətindədirlər".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.