Dünya

Tramp Çin və Yaponiyanı dünya okeanını çirkləndirməkdə ittiham edib

12 Oktyabr 2018 09:15
1 Şərh     Baxış: 574

ABŞ prezidenti Donald Tramp cümə axşamı Çin və Yaponiyanı hər il dünya okeanına təqribən 8 milyon ton tullantı atmaqda ittiham edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Amerika lideri Ağ evdə dəniz ekologiyasının mühafizəsinə dair yeni qanun layihəsinin imzalanmasından sonra jurnalistlərə deyib.

"Hər il təqribən 8 milyon ton tullantı dünyanın bir çox ölkələri, o cümlədən Çin, Yaponiya tərəfindən bizim gözəl okeanlara atılır. Bütün bu tullantılar və zibillər təkcə dəniz heyvanlarına deyil, Amerikanın sahil ərazilərdəki iqtisadiyyatına da ziyan vurur. Bu böyük, nəhəng, ağılasığmaz həcmdə olan zibillər düz bizim sahillərə üz tutur, xüsusilə də qərb sahillərinə", - deyə o bildirib.

Amerika lideri bunu "çox ədalətsiz" vəziyyət adlandırıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 12 Oktyabr 09:2500

    Payy atonnan. Zibildə qərbi tanıyır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.