Dünya

Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək

11 Oktyabr 2018 23:48
0 Şərh     Baxış: 3 461

Moskva metrosunda "Ahmat gücdür" deyərək insanların üzərinə içki bankası atan Çeçenistan sakini bundan sonra Qroznı şəhərinin abadlaşdırma idarəsində işləyəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram-kanalında bildirib.

O qeyd edib ki, Turpal Xasiyev bu gün atası və qardaşları ilə birgə "Qroznı" telekanalında yayımlanan verilişlərin birinin qonağı olub.

"Turpal deyirdi ki, Moskvaya işləmək üçün getmişdi. Özünə əziyyət verməsin deyə onun işlə təmin edilməsi məsələsi yerindəcə həll edilib. Bundan sonra Turpal şəhəri abadlaşdıraraq, küçələri təmizləyəcək, gülləri sulayacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, T. Xasiyev artıq əməlinə görə üzr istəyib. O, yaydığı video-müraciətdə respublika rəhbərliyi və valideynləri tərəfindən danlandığını bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.