Dünya

Tramp Haşoqqi məsələsini nəzarətə götürdü

11 Oktyabr 2018 23:09
0 Şərh     Baxış: 363

Birləşmiş Ştatlar lideri Donald Tramp bildirib ki, ABŞ-dan olan müstəntiqlər yoxa çıxan müxalif səudiyyəli jurnalist Camal Haşoqqinin işi üzərində işləyir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun sözlərinə görə, ABŞ bu iş üzrə Türkiyə və Səudiyyə Ərəbistanı ilə işləyir.

Tramp, həmçinin vurğulayıb ki, Vaşinqton Haşoqqi ilə bağlı nələrin baş verdiyini araşdırmaq niyyətindədir.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Haşoqqi Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Səudiyyə jurnalist Camal Haşoqqi itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.

"Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" - deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.