Dünya

Şahzadə Salman jurnalistin qaçırılmasından xəbərdar olub - The Washington Post

11 Oktyabr 2018 23:06
0 Şərh     Baxış: 1 141

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ben Salman əl-Saud müxalif jurnalist Camal Haşoqqinin ölkəyə gəlməsinə şərait yaradaraq onu həbs etməyə çalışıb. S

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu "The Washington Post" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanında olan yüksək rütbəli məmurların jurnalistin itməsi ilə birbaşa bağlılığı var. Həmçinin məlumatda vurğulanır ki, Səudiyyə Ərəbistanının nümayəndələri son aylar dəfələrlə Qaşıqçını ölkəsinə qayıtmağa çağırıblar. Ona qoruma və hökumətdə yüksək vəzifə təklif olunub. Jurnalistin özü isə qəzetə bildirib ki, bu cür təkliflərə skeptik yanaşır.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Haşoqqi Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Səudiyyə jurnalist Camal Haşoqqi itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.

"Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" - deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.