Dünya

"Onlar bizi səfeh sayırlar, lakin bu belə deyil" - Tramp

11 Oktyabr 2018 21:57
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tramp Fox News telekanalının canlı yayımında Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazır olduğunu bəyan edib.

"Əgər Pekin dayanmasa, Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazıram. Biz yüksək effektə nail olduq. Onların iqtisadiyyatı sürətlə geriləməyə başladı. Mənim bu prosesi gücləndirmək üçün imkanlarım var. Onlar uzun müddət yaxşı yaşayıblar. Mənə elə gəlir ki, onlar bizi səfeh sayırlar, lakin amerikalılar belə deyillər", - deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp bu bəyanatını ABŞ qiymətli kağızlar bazarının çökməsi fonunda səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.