Dünya

ABŞ-da birjalar çökdü - Dünya yeni böhran astanasında

11 Oktyabr 2018 20:00
0 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ fond birjaları prezident Donald Trampın başlatdığı ticarət müharibəsi və növbəti bəyanatlarının yaratdığı neqativ fonunda çöküb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu ticarət əməliyyatları göstərir.

Ticarət əməliyyatlarının nəticələrinə əsasən "S&P 500" indeksi 3,29 faiz azalaraq 2785,68 bəndə düşüb. "Dow Jones" sənaye indeksi isə birdən-birə 3,15% və ya 831,83 bənd aşağı düşərək 25598,74 bəndə düşüb. 

Ən çox zərər isə ABŞ-ın aparıcı yüksək texnologiyalar şirkətinin cəmləşdiyi "NASDAQ" indeksinə dəyib. Ticarət əməliyyatlarının yekunlarına əsasən "NASDAQ" 4,08% düşərək 7422,05 bənd olub. Fond birjasının belə genişmiqyaslı düşüşü rekorda səbəb olub. Belə ki, sonuncu dəfə belə birjalarda belə genişmiqyaslı düşüş 2018-ci ilin fevralında qeydə alınıb.

Qeyd edək ki, artıq bir müddətdir ABŞ və Çin arasında ticarət müharibəsi gedir.

Amerika Birləşmiş Ştatları (ABŞ) sentyabr ayından başlayaraq Çindən 200 milyard dollar dəyərində idxal olunan mallara 10% dəyərində yeni gömrük rüsumu tətbiq edib. 2019-cu ilin yanvar ayının 1-dən etibarən isə gömrük rüsumları 25%-ə qədər qaldırılacaq.

Çin dövləti də buna qarşılıq olaraq ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirib. Ekspertlər dünyanın iki nəhəng iqtisadiyyatına malik ölkələr arasında gömrük rüsumları ilə bağlı yaşananların dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini vurğulayırlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.