Dünya

Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səyləri artırmağa çağırıb

11 Oktyabr 2018 16:10
3 Şərh     Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Münaqişələrin sülh yolu ilə nizamlanması üçün səyləri artırmaq lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yerevanda Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitinin açılışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

N.Paşinyan bildirib ki, bu, həmçinin Dağlıq Qarabağ münaqişəsinə aiddir.

Ermənistanın baş naziri daha əvvəl qaldırdığı "Dağlıq Qarabağ nümayəndələrinin" danışıqlar prosesində iştirakı mövzusuna bir daha toxunub.

Maraqlıdır ki, çıxışı zamanı N.Paşinyan işğal olunmuş regionun adını Dağlıq Qarabağ kimi 7 dəfə çəksə də, separatçıların istifadə etdiyi "Artsax" sözünü işlətməyib.

Hətta baş nazir "France 24" telekanalına müsahibəsində bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin dəyişdirilməsi məsələsini qaldırmayıb və qaldırmayacaq:

"Danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında davam etdirilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.