Dünya

Moskva aeroportlarına Mendeleyev, Dostoyevski və Tolstoyun adları verilə bilər

11 Oktyabr 2018 14:53
0 Şərh     Baxış: 766

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən 3 aeroporta Dmitri Mendeleyev, Fyodor Dostoyevski və Lev Tolstoyun adları verilə bilər. 

Milli.Az xəbər verir ki, report bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, bu gündən ölkədə "Rusiyanın Böyük Adları" layihəsinin reallaşdırılmasına başlayacaq və bu layihə çərçivəsində ölkənin 45 tanınmış şəxsi seçilərək onların adları Rusiyadakı hava limanlarına veriləcək. Potensial namizədlər arasında adları çəkilən 3 ictimai xadim də var. 

Belə ki, Vnukovo hava limanının D.Mendeleyevin, Şeremetova hava limanının F.Dostoyevskinin, Domodedovo hava limanının isə L.Tolstoyun adını daşıması nəzərdə tutulub. Yekun qərar ümumxalq səsverməsi əsasında, noyabrın 8-dən 30-na qədər veriləcək. Qaliblər dekabrın 5-də elan ediləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.