Dünya

Belçika Çin məmurunu ABŞ-a yollayıb

11 Oktyabr 2018 08:10
0 Şərh     Baxış: 258

Belçika Amerika tərəfinin sorğusu əsasında aprel ayında həbs olunmuş Çinin Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşını ABŞ-a ekstradisiya edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, Syu Xuey və Çjan Xuey adları ilə tanınan Syu Yantszünə qarşı bir sıra kosmik və aviasiya şirkətinin kommersiya sirlərini oğurlamaq məqsədi ilə iqtisadi casusluq ittihamı irəli sürülüb.

Bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi kişini Çin kəşfiyyatının əməkdaşı hesab edir. Onların fikrincə, o, Szyansu əyalətinin təhlükəsizlik idarəsinin şöbələrindən birinin müdir müavini vəzifəsini tutur.

İttihama görə, Çin vətəndaşı 2013-cü ildən öz fəaliyyətini ABŞ və onun hüdudlarından kənarda həyata keçirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.