Dünya

Rusiya futbolçuları Kokorin və Mamayev saxlanılıb

11 Oktyabr 2018 08:38
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı futbolçular Pavel Mamayev və Aleksandr Kokorin xuliqanlıq işi üzrə saxlanılıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda onların hər ikisinə qarşı ittiham irəli sürüləcək.

"İstintaq artıq sabah onların barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müraciət edəcək. Bu həm həbs, həm də ev dustaqlığı ola bilər", - deyə DİN nümayəndəsi əlavə edib.

İdmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak və aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçukun döyülməsində ittiham olunurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.