Dünya

İrandan oğurlanmış Əhəməni dövlətinə aid olan barelyef vətəninə qaytarılıb

10 Oktyabr 2018 22:46
0 Şərh     Baxış: 706

ABŞ məhkəməsi eradan əvvəl 330-cu ilə mövcud olmuş Əhəməni dövlətinə aid olan barelyefin İrana qaytarılması haqqında qərar çıxarıb. Barelyefdə əhəməni əsgərinin baş hissəsi əks olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İranın BMT yanındakı daimi nümayəndəsi Qulaməli Xoşru barelyefin Nyu-York hərracında 1 milyon 200 min dollara satılmasını bildikdən sonra məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı məlum olub ki, tarixi barelyef 1936-cı ildə İrandan oğurlanaraq qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılıb və Monreal muzeyinə satılıb. 2011-ci ildə isə Böyük Britaniya vətəndaşı Rupet Uels barelyefi Monreal muzeyini sığortalayan şirkətdən satın alıb və Nyu-York antikvar əşyalar hərracında satmaq istəyib. Nyu-York hərracı isə barelyefi 2018-ci ildə satışa çıxarıb. İranın BMT yanındakı daimi nümayəndəsi isə bundan xəbər tutaraq İran tarixinə məxsus olan əşyanı ölkəsinə qaytarmağa müyəssər olub.

Qeyd edək ki, İran ərazisində mövcud olmuş Əhəməni imperiyası və onun paytaxtı Persapolis şəhəri Makedoniyalı İsgəndərin İrana hərbi yürüşü zamanı dağıdılmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.