Dünya

Jurnalisti qətlə yetirməkdə təqsirləndirilən şəxs Bolqarıstana təhvil verilib

18 Oktyabr 2018 23:08
0 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya bolqarıstanlı jurnalist, tanınmış televiziya aparıcısı Viktoriya Marinovanın qətlində şübhəli bilinən Severin Krasimirovu bu ölkəyə ekstradisiya edib. Onu gətirən təyyarə Sofiya aeroportuna enib. Təhlükəsizlik qüvvələri aeroportda gücləndirilmiş rejimdə fəaliyyət göstərib.

Ruse şəhərinə gətiriləcək S.Krasimirov təcavüz və qətldə ittiham olunur və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tədqiqatçı jurnalist Ruse şəhərindəki parkda qətlə yetirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.