Dünya

20 min uşaq ölüm təhlükəsi ilə üz-üzə

18 Oktyabr 2018 23:37
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Sudanda bu ilin sonuna qədər 20 min uşaq aclıqdan ölə bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Save the Children" beynəlxalq təşkilatı məlumat yayıb.

Vətəndaş müharibəsi səbəbindən hazırda Cənubi Sudanda 1 milyonu uşaq olmaqla ümumilikdə 6 milyon insanın qidaya ehtiyacı olduğu bildirilir. Təşkilatın açıqlamasına görə, 2018-ci ilin sonuna qədər zəif qidalanmaya görə, 20 min uşaq həyatını itirə bilər.

Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılaraq müstəqilliyini elan edən Cənubi Sudanda 2013-cü ildən vətəndaş müharibəsi gedir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.