Dünya

Direktor: "İtalyan ailələr TAP-ın sayəsində təbii qaza görə daha az ödəniş edə bilərlər"

26 Sentyabr 2018 17:12
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi italyan ailələr üçün qazın qiymətini aşağı salmağa imkan verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati deyib.

O, italyan ailələrin təbii qaza görə digər avropalı ailələrdən 19 faiz çox ödəniş etdiyini bildirib:

"İtaliyanın qaza olan tələbatının təqribən 12 faizini təmin edəcək TAP bu fərqi aradan qaldırmağa kömək edə bilər".

L.Skyeppati əlavə edib ki, daha çox qaz böyük rəqabət və qiymətin azalması deməkdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.