Dünya

Ərdoğan: "Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər"

26 Sentyabr 2018 15:36
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, Türkiyə və Rusiyanın İdlibdə vəziyyətin tənzimlənməsi üzrə saziş imzalaması regiondakı duruma müsbət təsir göstərib.

Ümumilikdə Suriya böhranının nizamlanmasına gəlincə, R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Bəşər Əsədin hakimiyyətdə qalmağının əleyhinədir:

"Yüz minlərlə insanın ölümünə səbəb olan birisi hakimiyyətə qala bilməz".

Prezident, həmçinin deyib ki, məhz B.Əsədin günahı üzündən Türkiyə ərazisində artıq 3,5 milyon suriyalı qaçqın var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.