Dünya

Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi

26 Sentyabr 2018 13:29
2 Şərh     Baxış: 4 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki ay əvvəl Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və orada həbs olunan Umut Ali Özmən azadlığa buraxılıb. 

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, azadlığa buraxıldıqdan sonra Umut atası Mustafa Özmənlə nahar edib.

"Anam, bacım, nənəm üçün çox darıxmışam. Tezliklə evimə qayıtmaq istəyirəm. Anamın yeməkləri üçün darıxmışam", - Umut Ali bildirib. 

O, pasport əməliyyatları bitdikdən sonra Gürcüstandan Türkiyəyə dönəcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, yeniyetmənin ekstradisiyasını tələb etmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.