Dünya

Ruhani: "ABŞ beynəlxalq institutları səmərəsiz etməyə çalışır"

26 Sentyabr 2018 11:17
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın indiki administrasiyası beynəlxalq institutları səmərəsiz etməyə çalışır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı bəyan edib.

H.Ruhani vurğulayıb ki, ABŞ hökuməti, ən azı indiki administrasiya bütün beynəlxalq institutları səmərəsiz etməyə cəhd göstərir.

Dövlət başçısı Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində danışıqlar masasına qayıtmağa və Vaşinqtonun tətbiq etdiyi anti-İran sanksiyalarını dayandırmağa çağırıb:

"Lakin danışıqların bərpası ABŞ-ın İrana qarşı sanksiyaları və təhdidi fonunda qeyri-mümkündür".

Xatırladaq ki, 2018-ci ildə ABŞ BMT TŞ-nin qətnaməsi ilə təsdiq edilmiş İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.