Dünya

Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır

26 Sentyabr 2018 07:48
0 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya əhalisinin böyük əksəriyyəti KXDR lideri Kim Çen Inın Seula mümkün səfərini müsbət qiymətləndirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat KBS telekanalının nümayiş etdirdiyi sosioloji sorğunun nəticələrində öz əksini tapıb. Sorğuya əsasən, cənubluların 83 faizi Pxenyanda keçirilən koreyalararası sammitin nəticələrindən razı qalıb. Rəyi soruşulanların 87 faizi Kim Çen Inın Seula mümkün gəlişini alqışlayır, cəmi 10 faizi bunun əleyhinə çıxır.

Respondentlərin 55 faizi hesab edir ki, sammit sayəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində real imkan yaranıb. Cənubi koreyalıların 39 faizi isə bu fikrə şərik deyil.

Sorğuda iştirak edənlərin 72 faizi Koreya Respublikasının Prezidenti Mun Ce-inin fəaliyyətini müsbət, 25 faizi isə mənfi qiymətləndirir. Onun dövlət başçısı postunda əsas

uğurları sırasında koreyalararası münasibətlərin inkişafı və xarici siyasəti, uğursuzluqları sırasında isə iqtisadi və sosial problemlər əsas götürülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.