Dünya

Uşağa təcavüz edən kişi xədim ediləcək - Nazirlik açıqladı

25 Sentyabr 2018 14:50
11 Şərh     Baxış: 13 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxstanda pedofillərin xədim edilməsi ilə bağlı qərar qüvvəyə mindikdən sonra ilk dəfə tətbiq olunacaq.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ölkənin səhiyyə nazirliyindən verilən məlumata görə adı açıqlanmayan orta yaşlı kişi yaxın günlərdə kimyəvi üsulla xədim ediləcək.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin əvvəlində pedofillərin edam edilməsi məqsədi ilə 2000 inyeksiyanın gətirilməsi üçün büdcədən 27 min dollar pul ayırıb.

Qeyd edək ki, kimyəvi xədim kimi tanınan üsul hər hansı cərrahi müdaxilə olmadan müxtəlif dərmanlar istifadə edilərək aparılır. Kimyəvi xədimliyə məruz qalan şəxsin testosteron hormonu azalır və cinsi istəyi sıfırlanır.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.