Dünya

İstanbulda dəniz reysləri təxirə salındı

25 Sentyabr 2018 10:04
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda dəniz reysləri təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz Nəqliyyatının İdarə Edilməsi üzrə Təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub.

Reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, Türkiyədə dəniz reysləri sonuncu dəfə qeyri-əlverişli hava şəraiti səbəbindən iyun ayında təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.