Dünya

Tramp Nyu-Yorkda Makronla görüşüb

25 Sentyabr 2018 08:02
0 Şərh     Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Emmanüel Makron BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. Fransa lideri artıq amerikalı həmkarı Donald Trampla da görüşməyə macal tapıb.

Milli.Az "Report"a istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp "Twitter"də fransalı həmkarı ilə şəkil paylaşaraq bu barədə yazıb.

"Mənim üçün Fransa prezidentini bu gün axşam Birləşmiş Ştatlarda, burada, Nyu-Yorkda qarşılamaq böyük şərəfdir", - deyə o qeyd edib.

"Associated Press"in məlumatına görə, iki ölkə lideri görüş zamanı bir sıra məsələləri, o cümlədən ticarət, müdafiə və terrorçuluğa qarşı mübarizəni müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.