Dünya

Xamenei BƏƏ və Səudiyyə Ərəbistanını ittiham etdi

25 Sentyabr 2018 08:28
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhvazda terror aktı törədənlər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından maliyyə yardımı alıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu İranın ali dini lideri Əli Xamenei bəyan edib.

O bildirib ki, bunu edənlər ən ağır cəza alacaqlar.

"Bu qorxaq işi ABŞ-ın Suriya və İraqda xilas etdiyi, Səudiyyə Ərəbistanı və BƏƏ-nin pul xərclədiyi şəxslər görürlər", - deyə o vurğulayıb.

Xatırladaq ki, Əhvazda keçirilən hərbi parad zamanı törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.