Dünya

Comcast mediamaqnatı Sky televiziyası üçün 30 milyard avro təklif edib

24 Sentyabr 2018 22:55
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Comcast media korporasiyası Sky peyk televiziya şirkətini almaq üçün 30 milyard avro (təxminən 39,5 milyard dollar) təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məbləğ 21st Century Fox holdinqinin alternativ təklifindən 10 faiz çoxdur. Sky şirkətinin səhmdarları iki həftə ərzində bu təkliflərin hansına üstünlük verdikləri barədə formal qərar qəbul etməlidirlər. Ekspertlər hesab edirlər ki, şirkətin kimə məxsus olacağı ətrafında faktiki olaraq iki il sürən mübahisə artıq yekunlaşıb.

Hələ 2016-cı ilin dekabrında o vaxt 21st Century Fox holdiqinə nəzarət edən mediamaqnat Rupert Merdok Sky şirkətinin səhmdarlarına onlardan səhmlərin 61 faizini almaq təklifi ilə müraciət etmişdi (səhmlərin 31 faizi 21st Century Fox-a məxsusdur). Səhmdarlar təklifə razı olsalar da, Britaniyanın hakimiyyət dairələri və siyasətçiləri Merdokun Böyük Britaniya və Avropa mediasına təsirinin daha da arta biləcəyindən ehtiyatlanırlar. Buna görə də ərizələrə baxılması prosesi çox uzun sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.