Dünya

Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır

24 Sentyabr 2018 23:27
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın nəhəng kağız istehsalı şirkətləri plastik tullantıların miqdarının azaldılması məqsədilə başlanan qlobal təşəbbüsdən mənfəət əldə etmək məqsədilə bu məhsullara alternativ hazırlamağa başlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Oji Holdings" şirkəti yüngül yeməklər üçün kağız bağlama istehsalına başlayıb.

"Nippon Paper Industries" şirkəti isə meyvə şirələri və buna bənzər digər içkilər üçün kağız stəkanlar istehsal edəcək. Yaponiya kağız sənayesi müəssisələri bununla qlobal plastik tullantılar probleminin həllinə yardım etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.