Dünya

2040-cı ilədək qlobal enerji tələbatı sutkada 364,7 milyon barrel olacaq

24 Sentyabr 2018 21:53
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal enerji tələbatının 2040-cı ilədək illik orta hesabla 1,2 faiz artımla gündəlik 364 milyon 700 min barrel neft ekvivalentinə çatacağı gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə "World Oil Outlook" hesabatında deyilir. Bildirilir ki, 2040-cı ildə qlobal enerjidə neft, təbii qaz və kömürün payı 75 faizə çatacaq. Neft 28 faizlə tələbatda ən böyük paya sahib olacaq. Neftdən sonra 25 faizlə təbii qaz və 22 faizlə kömür yer alacaq. Enerji tələbatında bərpaolunan enerji mənbələrinin payı 19 faiz, nüvə enerjisinin payı isə 6 faiz olacaq.

"Qlobal enerji tələbatındakı artımın böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdə olacaq. Həmin ölkələrin enerji tələbatı 2040-cı ilə qədər illik orta hesabla 1,9 faiz, Avrasiyanın tələbatı ildə orta hesabla 0,7 faiz artacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə enerji tələbatı isə eyni səviyyədə qalacaq", - deyə hesabatda qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.